Azərbaycan, Bakı, 7 dekabr /Trend/
Rusiya Prezidenti Dmitri Medvedev Brüsseldə RF-Aİ sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edib. Məlumatı "Rusiya 24" telekanalı yayıb.
"Biz bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və regionun ümumi təhlükəsizlik məsələlərini müzakirə etdik", - Medvedev Brüsseldə mətbuat konfransında deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.