...

Şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qareginlə görüşü mümkün sayır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Mart 2011 16:07 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu il ərzində erməni katolikosu II Qareginlə görüşünü mümkün sayır.
Şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qareginlə görüşü mümkün sayır

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bu il ərzində erməni katolikosu II Qareginlə görüşünü mümkün sayır. Trend-in məlumatına görə, bu barədə Şeyxin özü Vladiqafqazda yaşayan azərbaycanlılarla keçirdiyi görüş zamanı deyib.

"Biz din xadimi olaraq heç vaxt qan tökülməsinin, insan ölümünün tərəfdarı olmamışıq. Ona görə də görüşlər keçirib, müzakirələr aparırıq. Bizim gələcəkdə də görüşlərimiz olacaq", - Şeyx əlavə edib.

Paşazadə qeyd edib ki, Qarabağ münaqişəsi zamanı çoxlu sayda qan tökülüb.

"Bu gün də əsirlikdə insanlar var. 9 yaşlı uşağa güllə dəyir. Bu o deməkdir ki, müharibə hələ qurtarmayıb. Azərbaycan dövlətinin başçısı da məsələnin sülh yolu ilə həll olunmasının tərəfdarıdır", - o bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti