...

Türkiyə Xankəndi ərazisində tikiləcək hava limanı ilə bağlı rəsmi Bakının etirazını dəstəkləyir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 Mart 2011 13:16 (UTC +04:00)
Türkiyə ermənilərin Azərbaycanın işğal olunmuş Xankəndi rayonu ərazisində tikəcəkləri hava limanında uçuşların beynəlxalq konvensiyalara zidd olması barədə rəsmi Bakının mövqeyini dəstəkləyir.
Türkiyə Xankəndi ərazisində tikiləcək hava limanı ilə bağlı rəsmi Bakının etirazını dəstəkləyir

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir M.Əliyev/

Türkiyə ermənilərin Azərbaycanın işğal olunmuş Xankəndi rayonu ərazisində tikəcəkləri hava limanında uçuşların beynəlxalq konvensiyalara zidd olması barədə rəsmi Bakının mövqeyini dəstəkləyir.

"Biz hər zaman Azərbaycanın mövqeyini dəstəkləyirik. Bütün sahələrdə Azərbaycanın yanındayıq və Azərbaycanın haqlı davasını dəstəkləyirik. Bu məsələ beynəlxalq hüquq çərçivəsində həlli edilməlidir", - Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.

Səfir hesab edir ki, Azərbaycan insanını rahatsız edən addımlar atılmamalıdır.

Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.

Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.

Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti