...

Azərbaycan və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işin davam etdirilməsinə sadiqdirlər - Hillari Klinton

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 İyun 2011 05:49 (UTC +04:00)
Azərbaycan və ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə həlli üzrə işin davam etdirilməsinə sadiqdirlər. Trend-in məlumatına görə, bunu cümə günü Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən qabaq ABŞ dövlət katibi Hillari Klinton bildirib.
Azərbaycan və ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işin davam etdirilməsinə sadiqdirlər - Hillari Klinton

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir R.Daraxşan/

Azərbaycan və ABŞ Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu vasitəsilə həlli üzrə işin davam etdirilməsinə sadiqdirlər. Trend-in məlumatına görə, bunu cümə günü Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən qabaq ABŞ dövlət katibi Hillari Klinton bildirib.

"ABŞ və Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətini, həm də üzərində işlədiyimiz məsələləri vurğulamaq istərdim - bunlar ikitərəfli münasibətlərin məsələləri, regional problemlər və hətta qlobal məsələləridir," - Klinton deyib, məlumatı ABŞ Dövlət Departamentinin rəsmi saytı yayıb.

Onun sözlərinə görə, Azərbaycan və ABŞ əlaqələrinin genişlənməsi və dərinləşməsinə sadiqdirlər.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti