...

Metyu Brayza: Nə ABŞ, nə də başqa ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Oktyabr 2011 13:53 (UTC +04:00)
Nə ABŞ, nə də başqa ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib.
Metyu Brayza: Nə ABŞ, nə də başqa ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıyır

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir V.Javoronkova/

Nə ABŞ, nə də başqa ölkələr Dağlıq Qarabağın müstəqilliyini tanıyır. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məlumat verib və əlavə edib ki, ABŞ-ın Azərbaycan, Ermənistan və Dağlıq Qarabağla bağlı siyasəti dəyişməzdir.

Kaliforniyalı senator Cozef Simitianın bu yaxınlarda Dağlıq Qarabağa səfərini şərh edərkən Brayza deyib ki, senator yalnız Azərbaycana və Ermənistana səfər etməyi planlaşdırıb. Dağlıq Qarabağa səfər planlaşdırılmamış olub.

"Senatorun Bakıya səfəri zamanı onun Dağlıq Qarabağa səfərinin mümkünlüyü nəzərdə tutulmamışdı. O, belə təşəbbüslə bağlı məndən rəy soruşmayıb", - Brayza deyib.

Səfirin sözlərinə görə, Senatın Ətraf mühit komitəsinin sədri Simitianın Azərbaycana səfəri tamamilə məhsuldar olub.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kaliforniya senatoru Cozef Simitianı Azərbaycanın işğal olunmuş ərazilərinə müvafiq dövlət qurumlarının icazəsi olmadan getdiyinə görə "arzuolunmaz şəxslər"in siyahısına daxil edib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti