...

Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəs rejimini pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Fevral 2012 09:24 (UTC +04:00)
Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub.
Ermənistan Silahlı Qüvvələri iki istiqamətdə atəşkəs rejimini pozub

Azərbaycan, Bakı, 22 fevral / Trend /

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iki istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşmən hərbiçilər fevralın 21-də saat 23:05-dən 23:10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 23.50-dən 00.00-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti