...

İordaniya mətbuatında Xocalı faciəsinə həsr olunmuş məqalə çap olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 Fevral 2012 14:37 (UTC +04:00)
İordaniya mətbuatında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş məqalə çap olunub.
İordaniya mətbuatında Xocalı faciəsinə həsr olunmuş məqalə çap olunub

Azərbaycan, Bakı, 23 fevral / Trend müxbir K.Zərbalıyeva/

İordaniya mətbuatında Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş məqalə çap olunub.

Azərbaycanın İordaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bu gün İordaniyanın gündəlik ərəbdilli "Əl-Diyar" qəzetində jurnalist Yelena Nedoqinanın Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş "Azərbaycan Holokostu" adlı məqaləsi çap olunub.

Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edilir, Azərbaycan torpaqlarının işğalı zamanı dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər qətiyyətlə pislənir.

Xocalı faciəsi haqqında danışan müəllif yazısında oxucuların diqqətini əsasən ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının süqutundan sonra yaranmış ağır vəziyyətdən yararlanan Ermənistan hakimiyyətinin xarici havadarlarının maddi və mənəvi dəstəyi ilə qonşu Azərbaycana qarşı apardığı təcavüzə cəlb edir. Öz məqsədlərinə nail olmaq üçün hətta dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın həyata keçirən Ermənistan hakimiyyətinin bu vəhşiliklərini bütün bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırır.

Məqalədə, həmçinin bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqının İndoneziyada keçirilmiş 7-ci toplantısında Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi tanıdan qətnamə haqqında ictimaiyyətə geniş məlumat verilir.

BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün dərhal dayandırılmasını, işğal olunmuş Azərbaycan torpaqlarından işğalçı qoşunlarının çıxarılmasını tələb edən 4 qətnaməsinin hələ də icra olunmaması beynəlxalq ədalətsizliyin təcəssümü kimi ifadə olunur.

Xəbər lenti

Xəbər lenti