...

Türkiyədə Xocalı soyqırımının ildönümü münasibətilə növbəti tədbirlər keçirilib (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Fevral 2012 04:33 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyinin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində, səfirlik və Ankaranın Keçiören rayon bələdiyyəsi birlikdə Yıldırım Beyazıt Universitetində Xocalı soyqırımı ilə bağlı geniş tərkibli simpoziyum təşkil etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat karibi Elsevər Salmanov məlumat verib.
Türkiyədə Xocalı soyqırımının ildönümü münasibətilə növbəti tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 fevral /Trend/

Azərbaycanın Türkiyədəki səfirliyinin Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə təşkil etdiyi silsilə tədbirlər çərçivəsində, səfirlik və Ankaranın Keçiören rayon bələdiyyəsi birlikdə Yıldırım Beyazıt Universitetində Xocalı soyqırımı ilə bağlı geniş tərkibli simpoziyum təşkil etmişdir. Bu barədə Trend-ə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat karibi Elsevər Salmanov məlumat verib.

Tədbirdə səfir Faiq Bağırov başda olmaqla Səfirliyimizin əməkdaşları, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar başda olmaqla Türkiyənin çox sayda millət vəkilləri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpek, Keçiören rayon bələdiyyəsinin başçısı Mustafa Ak, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişdir.

Mərasim Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla və ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Haluk İpek, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar, AKP millət vəkili Seyit Sertçelik, həmvətənimiz Prof. Dr. Rahilə Şükürova və Keçiören rayon bələdiyyəsinin başçısı Mustafa Ak Xocalı Soyqırımı, eləcə də ermənilərin son üç əsr ərzində regionumuzda törətdikləri qeyri-insani fəaliyyətlərdən əsaslar gətirərək bəhs etmişlər.

Bu gün həmçinin Azərbaycanın Türkiyədəki səfirliyin və "Türk Azəri Birliyi" platformu birgə Türkiyənin nüfuzlu universitetlərindən biri olan Ankara Universitetində Xocalı soyqırımı ilə bağlı geniştərkibli xatirə tədbiri həyata keçirmişlər.

Tədbirdə, səfirliyin əməkdaşları, Türkiyənin müxtəlif siyasi partiyalarının öndəgedən nümayəndələri, Ankara Universitetinin tələbə və müəllim kollektivi, Azərbaycan sənətçisi Azərin, Ankarada təhsil alan tələbələrimiz, çox sayda ictimaiyyət, diaspor və KİV nümayəndələri iştirak etmişdir.

Xatirə tədbirinin keçirildiyi nəhəng konfrans zalına Xocalı Soyqırımı qurbanlarının yaxınlarının daxil olduğu anda bütün tədbir iştirakçıları onları ayaq üstündə alqışlamışlar.
Tədbir Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutun ardından iki ölkə himnlərinin səsləndirilməsi ilə başlamışdır.

Daha sonra Xocalı Soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış müfəssəl sənədli film nümayiş etdirilmişdir.

Ardından Xocalı Soyqırımı qurbanlarının yaxınları tək tək səhnəyə dəvət olunaraq onlardan xatırladıqları qanlı hadisələri anlatmaları xahiş olunmuşdur. Soyqırımın canlı şahidləri kimi onların anlatdıqları bütün tədbir iştirakçılarını kimliyindən asılı olmayaraq göz yaşlarına qərq etmişdir. Demək olar ki, bu tədbir sayəsində bütün zalda iştirak edən çox sayda insan tək ürək, eyni hiss və həyəcanı bölüşmüşlər və tez-tez hamı bir ağızdan "Qarabağ bizimdir, bizim qalacaq. Hamımız Türküz" şüarlarını səsləndirmişlər.

Xəbər lenti

Xəbər lenti