...

Almaniyada ermənilərin Dağlıq Qarabağdakı separatçı rejimi müstəqil dövlət kimi təqdim etmək cəhdi iflasa uğrayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 May 2012 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir S.Ağayeva/

Almaniyada ermənilərin Dağlıq Qarabağda mövcud olan separatçı rejimi müstəqil dövlət kimi təqdim etməyə yönəlmiş növbəti cəhdi iflasa uğrayıb.

Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə daxil olan məlumata görə, www.trivago.de internet ünvanında qondarma "Dağlıq Qarabağ Respublikası"nda mövcud olan mehmanxanaların siyahısı yerləşdişdirilib.

Almaniyanın Hannover şəhərində yaşayan həmyerlimiz S.Cəbrayılov tərəfindən sözügedən şirkətə müraciət ünvanlanıb, ermənilərin bu saytdan siyasi təbliğat məqsədilə istifadə etməyi nəzərdə tutduqları bildirilib, saytdan tanınmamış separatçı rejimin təbliğatının həyata keçirilməsi məqsədilə istifadənin yolverilməz olduğu diqqətə çatdırılıb və bunun qarşısının alınması üçün müvafiq addımların atılması tələb edilib.

Cəbrayılovun tələbinə uyğun olaraq, şirkətin internet ünvanında mehmanxanaların kataloqu bölməsindən Dağlıq Qarabağ haqqında bütün məlumatlar çıxarılıb.

Xəbər lenti

Xəbər lenti