...

Ermənistan silahlı qüvvələri atəşkəsi yenidən pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2012 09:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdə atəşkəs rejimini pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Voskevan və Voskepar kəndlərində; işğal olunmuş Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Horadiz; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlıgında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti