...

Ermənilərin azərbaycanlılara qarşı soyqırımına aid sənədlərin gətirilməsi üçün tarixçilərimiz xarici ölkələrə ezam olunacaqlar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Oktyabr 2012 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir M.Əliyev/

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsi və toplu şəklində nəşr olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun bir qrup əməkdaşı xarici ölkələrin arxivlərinə ezam olunacaq. Bu barədə cümə günü Trend-ə İnstitutundan bildiriblər.

Tarix İnstitutunun növbəti Elmi Şurasında institutun direktoru, AMEA-nın müxbir üzvü, Yaqub Mahmudov xarici ölkələrin arxivlərindən Azərbaycan tarixinə dair sənədlərin ölkəmizə gətirilməsi və sənədlərin toplu şəklində nəşr olunması işinin gedişi ilə bağlı məsələlər qaldırıb.

İclasda qeyd olunub ki, xüsusilə, ermənilərin azərbaycanlılara qarşı soyqırımı və etnik təmizləmə siyasətinə aid sənədlərin ölkəyə gətirilməsinə və toplu şəklində nəşr olunmasına diqqət daha da artırılsın. Elmi Şurada indiyədək nəşr olunmuş sənəd topluları bir daha nəzərdən keçirilib.

Şurada qərara alınıb ki, bu problemlə bağlı digər sənədlərin ölkəyə gətirilməsi üçün institutun bir qrup əməkdaşının Rusiya, Fransa, Almaniya və Gürcüstan arxivlərinə ezam edilməsi məqsədəuyğun hesab olunsun və bununla əlaqədar müvafiq instansiyalar qarşısında məsələ qaldırılsın.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti