...

Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirilir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Dekabr 2012 17:26 (UTC +04:00)
Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirir. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirilir

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir M.Əliyev/

Avropa Azərbaycanlıları Konqresi (AAK) Xocalı soyqırımının tanınmasına dair imza aksiyası həyata keçirir. Bu barədə bazar ertəsi Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar keçirilən aksiyanın məqsədi XX əsrin sonunda baş vermiş bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır.

AAK Xocalı soyqırımının Avropada tanınmasına və ona siyasi qiymət verilməsinə dair Avropa İttifaqının siyasi-ictimai qurumlarına petisiya məktubları ilə müraciət etməyi planlaşdırır. Bununla əlaqədar olaraq, AAK "Xocalı soyqırımının tanınmasına dair imzatoplama aksiyası" təşkil edir və xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarına və xaricdə yaşayan azərbaycanlılara üz tutaraq onları cəmiyyətlər adından, yaxud şəxsən bu aksiyaya qoşulmağa çağırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti