...

Mübariz Əhmədoğlu: Qarabağ və İrəvan ermənilərə məxsus olsaydı, bu xanlıqlar Çar Rusiyasına qarşı onilliklər boyu müharibə aparmazdılar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Dekabr 2012 12:42 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın məntiqdən uzaq bəyanatlarının sayı hədsiz çoxdur. Son illərdə o nitqlərində yalnız belə savadsız və məntiqsiz bəyanatların yayılması və mif yaradıcılığı ilə məşğuldur.
Mübariz Əhmədoğlu: Qarabağ və İrəvan ermənilərə məxsus olsaydı, bu xanlıqlar Çar Rusiyasına qarşı onilliklər boyu müharibə aparmazdılar

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir E.Mehdiyev/

Ermənistan Prezidenti Serj Sarkisyanın məntiqdən uzaq bəyanatlarının sayı hədsiz çoxdur. Son illərdə o nitqlərində yalnız belə savadsız və məntiqsiz bəyanatların yayılması və mif yaradıcılığı ilə məşğuldur. Hakim Respublika Partiyasının Sarkisyanın namizədliyini irəli sürən toplantısında onun çıxışı bunun bariz misalıdır. Bunu cümə axşamı Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

"Rusiya 24" televiziyasına verdiyi müsahibədə həm mif yaratma, həm də məntiqsizlik halları müşahidə olunur. Guya Qarabağ ermənilərə məxsusdur. Qarabağ xanlığının Çar Rusiyasının tərkibinə keçməsinin uzun tarixi var. Bu tarixdə açıq müharibədən tutmuş hiyləgərliyə qədər hər şey olub. Amma onların heç birində ermənilərin adı hallanmır. Hətta erməni 5 nəfər olsaydı, hökmən onlar Rusiya tərəfindən bu prosesdə iştirak edərdilər. İrəvan xanlığı ilə bağlı məsələlər yerin fırlanması qədər aydındır. 1918-ci ildə Yerevanın ermənilərə paytaxt verilməsi qərarı arxivlərdə mövcuddur", - Əhmədoğlu deyib.

Politoloqun sözlərinə görə, Yerevanın əgər 2800 il yaşı varsa, bu şəhərin mütləq qalası olmalı idi.

"Yerevan şəhərinin bu gün qalası yoxdur. Çünki qala bu şəhərin yaranma tarixini göstərir. Ona görə də ermənilər onların əleyhinə şəhadətlik edən arqumenti dağıtmaqla sıradan çıxardılar. Çox mühüm məsələlərdən biri odur ki, həm Yerevan, həm də Qarabağın Rusiyaya keçməsi irili-xırdalı 10-a yaxın müharibə ilə müşayiət olunub. Rusiya ilə İran arasında iki müharibə sülh sazişləri ilə rəsmiləşdirilib. Ermənilərin tarixindən belə başa düşülür ki, min illər boyu ermənilər rusların strateji müttəfiqi olublar. O zaman ortalığa sual çıxır. Rusların strateji müttəfiqi olan ermənilər niyə 200 il bundan qabaq amansız şəkildə Çar Rusiyasına qarşı vuruşublar. Əgər ermənilər həmin ərazilərdə yaşayırdılarsa, deməli onlar müsəlmanlarla əhatə olunmuşdular və xristian rusların həmin əraziyə gəlməsi onların marağına idi. Serj Sərkisyanın məntiqindən belə alınır ki, ermənilər Çar Rusiyasının şərqə doğru irəliləməsinə qarşı vuruşmaqla öz maraqlarına qarşı çıxmış olurlar", - Əhmədoğlu əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti