...

Hamburqda Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2013 13:33 (UTC +04:00)
"Buta" Alman Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Hamburq şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Hamburqda Xocalı soyqırımının qurbanları anılıb (FOTO)

Azərbaycan, Bakı, 26 fevral /Trend/

"Buta" Alman Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Hamburq şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumara görə, Cəmiyyət Hamburqdakı soydaşlarımızı bir araya toplayaraq Xocalı şəhidlərinin xatirəsini yad edib.

Tədbirin keçirildiyi salonun bir tərəfində Azərbaycan bayrağı asılıb, qarşısına qərənfillər düzülərək şamlar yandırılıb. Xatirə gecəsinə toplaşanlar əvvəlcə Məsud Pənahinin Xocalı faciəsindən bəhs edən "Pozulmuş sülh" cizgi filminə, sonra isə Vahid Mustafayevin "Xoca" bədii filminə tamaşa ediblər.

Tədbirdə yaşlılar xatirələrini bölüşməklə, gənclər isə Xocalı, Qarabağ faciəsi haqqında sualları ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənləri yada salıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti