...

Mübariz Əhmədoğlu: Gürcüstan Şuşanın işğal və ya "azad" olunduğunu müəyyənləşdirməlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 23 May 2013 18:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir E.Mehdiyev/

Gürcüstan Şuşanın işğal və ya "azad" olunduğunu müəyyənləşdirməlidir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, mayın 8-də əksəriyyəti azərbaycanlılardan ibarət olan gürcü ictimaiyyətinin bir qismi Şuşanın işğalını Tbilisidə qeyd etdi: "Əksəriyyəti ermənilərdən ibarət olan gürcü ictimaiyyətinin başqa bir qismi isə Şuşanın "azad" olunmasını qeyd etdi. Gürcüstanın siyasəti belə kuriozlara imkan verir. Rəsmi Tbilisi hələ bir neçə il bundan öncə çox əcaib antiazərbaycançılıq formulu hazırlayıb. Bu formulun iki tərkib hissəsi var".

Politoloqun sözlərinə görə, birinci tərkib hissəsi Gürcüstandakı azərbaycanlıların hüquqlarını tanımamaq, tapdamaq, torpaqdan məhrum etməkdən ibarətdir: "İkinci tərkib hissəsi isə zərurət olmadan Ermənistana, o cümlədən ermənilərə şərait yaratmaqdan ibarətdir. Gürcüstanın bu antiazərbaycançılıq bukleti Bidzina İvanişvilidən əvvəlki dövrdə formalaşsa da, bu formul indi də davam etdirilir".

Əhmədoğlu deyib ki, Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak etməklə özünün təkcə bu günü üçün deyil, gələcəyi üçün də böyük dividend əldə etmiş olar: "Bidzina İvanişvili hakimiyyətdaxili çəkişmələrdən başı ayılsa, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ciddi töhfə verə bilər. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceymus Appaturayın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində Gürcüstanın rolunu gürcü parlamentarilərlə görüşdə gündəliyə gətirməsi bu məqsədə xidmət edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti