...

Azərbaycan əraziləri Ermənistan tərəfindən müntəzəm atəşə tutulur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Sentyabr 2013 09:43 (UTC +04:00)
Azərbaycan əraziləri Ermənistan tərəfindən müntəzəm atəşə tutulur
Azərbaycan əraziləri Ermənistan tərəfindən müntəzəm atəşə tutulur

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən müntəzəm atəşə tutulması davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı, Füzuli rayonunun Aşağı Veysəlli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti