...

SQ-nin baş cərrahı: Erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən yaralanan əsgərin həyatı üçün təhlükə yoxdur

Ermənistan-Azərbaycan münaqişəsi Materials 30 May 2014 13:24 (UTC +04:00)
Yaralı əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur.
SQ-nin baş cərrahı: Erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən yaralanan əsgərin həyatı üçün təhlükə yoxdur

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Yaralı əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bunu Füzuli rayonu ərazisində müdafiənin ön xəttində düşmən tərəfindən yaralanan 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlunun vəziyyəti barədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin baş cərrahı, polkovnik Famil Babayev deyib.

F.Babayev bildirib: "Əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu qarın boşluğu nahiyəsindən güllə yarası alıb. Yaralıya vaxtında və keyfiyyətli tibbi yardım göstərilib. İlk yardım göstərildikdən sonra yaralı dərhal həmin bölgədə yerləşən hərbi müalicə müəsissəsinə çatdırılıb. Orada yüksək ixtisaslı cərahiyyə briqadası tərəfindən əməliyyat olunub".

Baş cərrah qeyd edib ki, Azərbaycan Respublikasının müdafiə nazirinin göstərişi ilə dərhal Silahlı Qüvvələrin baş reanimatoloqu və cərrahı bölgəyə ezam olunublar. Yaralının vəziyyəti stabilləşdikdən sonra o, hərbi-sanitar helikopter vasitəsilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalına gətirilib: "Hazırda yaralının vəziyyəti stabildir, həyatı üçün heç bir təhlükə yoxdur və Silahlı Qüvvələrin baş mütəxəssislərinin nəzarəti altında onun müalicəsi davam etdirilir".

Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq və igidlik nəticəsində düşmənin cəhdinin qarşısı qətiyyətlə alınıb. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.

Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib. Nəticədə Silahlı Qüvvələrimizin zabiti 1982-ci il təvəllüdlü, kapitan Məmmədov Fikrət Akif oğlu döyüş tapşırığını yerinə yetirərkən casarət və şəxsi igidlik göstərərək, düşmən təxribatının qarşısının alınması zamanı şəhid olub. Eyni zamanda düşmən tərəfindən açılan snayper atəşlərindən 1991-ci il təvəllüdlü gizir Abilov Xudaverdi Fərhad oğlu şəhid olub, 1994-cü il təvəllüdlü əsgər Mirzəzadə Mehman Dadaşbala oğlu isə ağır yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti