...

Böyük Britaniyada "Qafqaz: Xarici və daxili qüvvələrin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 İyun 2014 19:19 (UTC +04:00)
Tədqiqat işinin yekununda müəllif qeyd edir ki, məhz Britaniya mediasının Qarabağ probleminə birtərəfli və qərəzli yanaşması nəticəsində ilk illərdə ölkə ictimaiyyətinin bu münaqişəyə baxışı daha çox Ermənistanın mövqe ilə üst-üstə düşüb.
Böyük Britaniyada "Qafqaz: Xarici və daxili qüvvələrin rolu" mövzusunda "dəyirmi masa" keçirilib

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyələşdirdiyi Böyük Britaniyanın Birmingem Universitetinin "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin layihəsi çərçivəsində bu həftə Britaniyanın Vindzor şəhərində konfrans keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konfransda "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin mütəxəssisləri, keçmiş diplomatlar, tanınmış ekspertlər, İtaliyanın Verona, Böyük Britaniyanın Kent, Finladiyanın Karelian universitetlərinin professor və müəllim heyəti iştirak edib. Üç gün davam edən konfransda müxtəlif mövzular ətrafında, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb.

Konfransın ikinci günündə "Qafqaz: Xarici və daxili qüvvələrin rolu" mövzusunda "dəyirmi masa" keçirilib. "Dəyirmi masa"da "Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi"nin elmi işçisi, Dr. Lövun "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediasının prizması baxımından" adlı məruzəsi dinlənilib. Müəllif tədqiqat işində Böyük Britaniya mediasının Qarabağ münaqişəsinin işıqlandırılması sahəsində fəaliyyətini araşdırıb. Araşdırma zamanı məlum olub ki, nüfuzlu Britaniya nəşrləri münaqişənin işıqlandırılması prosesində qeyri-peşəkarlığa və qeyri-obyektivliyə yol verib, daha çox səhifələrində Ermənistanın əsassız mövqeyinə yer ayırıblar. Azərbaycanın haqlı mövqeyi isə Britaniya mediasında, demək olar ki, əks olunmayıb. Sumqayıt hadisələri haqqında təhrif olunmuş məlumatları əsas xəbər başlıqları sırasına çıxaran Böyük Britaniya mediası Xocalı soyqırımı haqqında qısa informasiya verməklə işini bitmiş hesab edib.

Dr. Löv belə vəziyyətin yaranması səbəbi kimi bir neçə faktoru qeyd edib: erməni diasporunun Avropada geniş imkanlara sahib olması; Qarabağ münaqişəsinin tarixi aspektlərinin Britaniya mediası tərəfindən araşdırılmaması; münaqişənin xristian-müsəlman savaşı kimi təqdim edilməsi və s.

Tədqiqat işinin yekununda müəllif qeyd edir ki, məhz Britaniya mediasının Qarabağ probleminə birtərəfli və qərəzli yanaşması nəticəsində ilk illərdə ölkə ictimaiyyətinin bu münaqişəyə baxışı daha çox Ermənistanın mövqe ilə üst-üstə düşüb.

Çıxış edən digər iştirakçılar da Britaniya mətbuatının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına münasibətinə dair fikrilərini bildirərək keçirilən tədbirin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti