Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Xarici əlaqələr üzrə daimi komitənin qərarı olmasa da, Ermənistan parlamentində qarşıdakı günlərdə "İrs" partiyasının deputatı tərəfindən təklif edilən qondarma "Dağlıq Qarabağ respublikası"nın tanınması haqqında qanun layihəsinin müzakirəsi keçiriləcək.
Trend-in "Armenianreport"a istinadən verdiyi məlumata görə, bunu parlamentin spikeri Qalust Saakyan qarşıdakı dörd günün gündəliyini təqdim edərkən bildirib.
Onun sözlərinə ğörə, müzakirə noyabrın 11-də keçiriləcək, çünki "İrs" partiyası layihəni təcili məsələ kimi təqdim edib.