...

Dövlət Departamenti: Cəbhədəki son insident münaqişənin tənzimlənməsi üzrə səylərin ikiqat artırılmasının zəruriliyini xatırladır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 Noyabr 2014 11:15 (UTC +04:00)
Hərbi vertolyotun vurulması ilə bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır.
Dövlət Departamenti: Cəbhədəki son insident münaqişənin tənzimlənməsi üzrə səylərin ikiqat artırılmasının zəruriliyini xatırladır

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Elmira Tariverdiyeva/

Hərbi vertolyotun vurulması ilə bağlı insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır. Trend-in AP agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Cennifer Psaki Azərbaycan SQ-nin Ermənistan hərbi vertolyotunu vurması barədə suala cavabında deyib.

C.Psaki bildirib: "Sözügedən insident Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə, o cümlədən gərginliyin azaldılması və atəşkəs rejiminə əməl olunması məqsədilə səylərin ikiqat artırılmasının zəruriliyi barədə daha bir xatırlatmadır".

Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

İlkin məlumata görə, düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti