...

Ermənilərin soyqırım siyasətinə növbəti baxış

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 12:16 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaranandan keçmiş 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının Vətənə qaytarılmasına müvəffəq olmuşuq. Təəssüf ki, onlardan bir qisminin cənazələri gətirilib.
Ermənilərin soyqırım siyasətinə növbəti baxış

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaranandan keçmiş 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının Vətənə qaytarılmasına müvəffəq olmuşuq. Təəssüf ki, onlardan bir qisminin cənazələri gətirilib. Digərləri isə sağ olaraq əsir və girovluqdan azad edilib". Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: dünya həqiqətləri bilməlidir" mövzusunda keçirilən konfransda bildirib.

Konfransda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir düşmüş və girov götürülmüş soydaşlarımızın üzləşdiyi məşəqqətlər" mövzusunda çıxış edən Firudin Qurbanov qeyd edib ki, müharibələr, münaqişələr zamanı hərbçilərlə yanaşı, mülki şəxslər də ölür, əsir və girov götürülürlər: "Azərbaycanın üzləşdiyi problem beynəlxalq humanitar hüquq normaları ilə aparılan müharibələrdən çox fərqlidir. Dağlıq Qarabağ münaqişəsi Ermənistandan azərbaycanlıların mərhələli şəkildə köçürülməsi ilə başlamışdı. Daha sonra silahlı konflikt başladı: "Nəticədə Azərbaycanda 20 mindən artıq insan həlak oldu. Bu günədək bu münaqişə nəticəsində 4 mindən artıq itkin düşmüş Azərbaycan vətəndaşı var. Onların axtarışı ilə Dövlət Komissiyası ciddi şəkildə məşğul olur. Son nəfər azərbaycanlının axtarılıb tapılması qarşımıza məqsəd qoyulub".

F.Sadıqov ermənilərin azərbaycanlılara qarşı patoloji nifrəti barədə dünyada analoqu olmayan nümunələr də gətirib: "Bizdə məlumat var ki, ermənilər azərbaycanlıları kütləvi surətdə, 30-40 nəfər şəklində saxladıqları dövrdə onlara işgəncələr verməklə yanaşı, ağır işlərə də cəlb ediblər. Onlar azərbaycanlı girovlardan Azərbaycan qəbiristanlıqlarının sökülməsində istifadə ediblər. Qəbirlərin sökülməsində yeganə məqsəd mərmər məzar daşlarından erməni zabiti üçün ev tikilməsi olub. Bu, dünyada analoqu olmayan bir şeydir. Baxın, onlarda bu dərəcə nifrət var".

Qeyd edək ki, konfrans Milli Təhlükəsizlik Nazirliyi (MTN), Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti