...

"Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən 400 nəfərdən bioloji nümunə götürülüb"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 14:44 (UTC +04:00)
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə razılıq əsasında həyata keçirilən pilot layihə çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən 400 nəfərdən bioloji nümunə olaraq ağız suyu toplanılıb.
"Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən 400 nəfərdən bioloji nümunə götürülüb"

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə birgə razılıq əsasında həyata keçirilən pilot layihə çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən 400 nəfərdən bioloji nümunə olaraq ağız suyu toplanılıb. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.

F.Sadıqov qeyd edib ki, həmin nümunələr tədqiq olunmaq üçün xarici ölkələrdən birinin laboratoriyasına göndəriləcək: "Biloloji nümunələrin analizlərinin cavablarından asılı olaraq biz gələcək fəaliyyətimizi müəyyənləşdirəcəyik. Bioloji nümunələrin toplanması, onların saxlanması bəzilərinə adi proses kimi görünə bilər. Lakin görünməyən çətin məqamlar var. Məsələn, həmin nümunələrin xarici ölkəyə aparılması çox çətin prosesdir. Bunun üçün razılıq lazımdır, onların aparılması, geri qaytarılması böyük prosesdir".

Qeyd edək ki, BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Deniz Duran bildirmişdi ki, həmin bioloji nümunələr gələcəkdə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsinə kömək edə bilər. Məsələn, vaxtı gəldikdə tapılmış insan qalıqları DNT-si əldə olan nümunələrlə tutuşduralacaq. Bu isə həmin qalıqların kimə məxsus olmasını müəyyənləşdirməyə kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti