...

Dövlət Komissiyası: Ağdamda vurulan helikopter modellərində stasionar silahlar olur və onlar çox təhlükəlidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Noyabr 2014 15:36 (UTC +04:00)
Ağdamda vurulan helikopter modellərində stasionar silahlar olur və onlar həm də çox təhlükəlidir.
Dövlət Komissiyası: Ağdamda vurulan helikopter modellərində stasionar silahlar olur və onlar çox təhlükəlidir

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/

Ağdamda vurulan helikopter modellərində stasionar silahlar olur və onlar həm də çox təhlükəlidir. Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında bildirib.

F.Sadıqovun sözlərinə görə, ermənilər bütün dünyaya elan edirlər ki, Azərbaycan tərəfindən vurulan Ermənistana məxsus helikopterdə silah olmayıb. Lakin indiki dövrdə Ağdamda vurulan Ermənistana məxsus hərbi helikopterdə silahın olub-olmadığını çox sadə yolla müəyyən etmək olar:

"Ermənilər idda edirlər ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterində silah olmayıb. Əvvəla, indi internet dövrüdür. Həmin helikopterin marka və modelinə baxın, o helikopter zavoddan çıxanda hansı silahlarla çıxır. Bunları internet vasitəsilə rahat müəyyən etmək mümkündür. Bu cür helikopterlərdə stasionar silahlar olur və onlar həm çox təhlükəlidir, həm də yerdə əsgərin əlində olan silahdan çox fərqlidir. Digər tərəfdən, Azərbaycanı günahlandırırlar ki, guya hansısa konvensiyaları pozaraq helikopteri vurub. Azərbaycan müharibə vəziyyətində olan ölkədir. Azərbaycanın hava məkanının müəyyən yerləri hərbi təyyarələr üçün bağlıdır. Helikopter də Azərbaycan ərazisində - Ağdamda vurulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti