...

Dövlət Komissiyası: Bakıda Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədikləri yalandır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Dekabr 2014 14:44 (UTC +04:00)
"Bakıda Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədikləri yalandır".
Dövlət Komissiyası: Bakıda Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədikləri yalandır

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bakıda Akop İnciqulyana işgəncə verilməsi barədə ermənilərin söylədikləri yalandır". Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülümüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bu gün jurnalistlərə açıqlamasında deyib.

F.Sadıqov bildirib: "Ermənilərin Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı qurduqları oyuncaq məhkəmədə onların guya Ermənistan ordusunun mayorunu öldürdüyünü və bir qadını yaraladığını deyirdilər. Sonradan erməni mətbuatında o qadınla zabitin arasında başqa münasibətlərin olduğu yazıldı. Artıq bunun üstündən keçiblər. İndi də Akop İnciqulyanı atıblar ortaya ki, guya o, Bakıda dindirilən zaman Həsən Həsənov da dindirmədə iştirak edib. Bu, yalandır. Onun dindirilməsiində elə bir adam iştirak etməyib".

Onun sözlərinə görə, Akop İnciqulyan Azərbaycan tərəfinə keçdikdən sonra dəfələrlə mətbuat nümayəndələri tərəfindən danışdırılıb: "Onun gələn vaxt da, Ermənistana verilən vaxt da görüntüsü var. İşgəncə verilən adam elə olmaz, çəkisi o qədər artmazdı".

Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov bu ilin iyununda Azərbaycanın işğal altındakı Kəlbəcər rayonunda öz doğmalarının qəbirlərini ziyarət edərkən işğalçı qüvvələr tərəfindən girov götürülüblər. Mülki şəxs Həsən Həsənov öldürülüb.

Xatırladaq ki, erməni hərbi əsir Akop İnciqulyan 2013-cü il avqustun
8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub, 29 avqust
2014-cü ildə isə Ermənistana təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti