...

Ceyms Uorlik: Minsk qrupu tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Fevral 2015 18:00 (UTC +04:00)
"Minsk qrupu prosesi tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır".
Ceyms Uorlik: Minsk qrupu tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır

Azərbaycan, Bakı, 4 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

"Minsk qrupu prosesi tərəflər arasında danışıqlar aparılması üçün qəbul olunmuş yeganə formatdır". Bu barədə Trend-ə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ, Türkiyə və Almaniyanın daxil olması ilə həmsədrlərin formatının genişləndirilməsi təkliflərini şərh edərkən deyib.

Diplomat bildirib ki, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq üçün üzərilərinə götürdükləri öhdəliklərə tam sadiqdirlər: "Bununla belə, biz ATƏT sədrinin mandatı çərçivəsində, tərəflərin xahişi ilə fəaliyyət göstəririk. Nə qədər ki, tərəflər bizim vasitəçi rolumuzu faydalı hesab edir, biz sülhün əldə olunmasına yönəlmiş fəaliyyətimizi davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti