...

Belarus Dağlıq Qarabağ üzrə konfransa ev sahibliyi etməyə hazırdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2015 20:18 (UTC +04:00)
Belarus Dağlıq Qarabağ münaqişəsi üzrə konfransa (danışıqlar) ev sahibliyi etməyə hazırdır.
Belarus Dağlıq Qarabağ üzrə konfransa ev sahibliyi etməyə hazırdır

Azərbaycan, Bakı, 12 mart /Trend/

Belarus Dağlıq Qarabağ münaqişəsi üzrə konfransa (danışıqlar) ev sahibliyi etməyə hazırdır. Trend-in "Belta"ya istinadən verdiyi məlumata əsasən, bunu Belarusun xarici işlər naziri Vladimir Makey ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə deyib.

O bildirib: "Mən ATƏT-in müvafiq qərarları ilə nəzərdə tutulmuş müddətdə Dağlıq Qarabağ üzrə sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğumuzu təsdiq etmək istəyirəm. Lazım olarsa, biz tam sülh sazişinin hazırlanması məqsədilə danışıqlar prosesinin yekun mərhələsinin keçirilmə məkanını təqdim edə bilərik".

V.Makey qeyd edib ki, Belarus Azərbaycan və Ermənistan prezidentləri arasında təmasların intensivləşməsini alqışlayır: "Belarusun hər iki ölkə ilə sıx əlaqələri var ki, bura dövlət başçıları səviyyəsində təmaslar da daxildir. Bu amil sülh prosesinin irəliləyişi üçün faydalı ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti