Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
ATƏT-in cəbhə xəttindəki monitorinqi baş tutmuş hesab edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 18-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçiriblər.