Azərbaycan, Bakı, 21 may /Trend/
ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç bu gün Belqradda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Pyer Andryö (Fransa) vә Ceyms Uorliki (ABŞ) qәbul edib.
Bu barədə Trend-in ATƏT-in saytına istinadən məlumat verir.
Görüşdə ATӘT-in fәaliyyәtdә olan sәdrinin şəxsi nümayәndәsi Anji Kaspşik vә Cәnubi Qafqaz üzrә xüsusi nümayәndәsi Anjelo Qnadinger də iştirak edib.
İ.Daçiç Minsk qrupu hәmsәdrlәrinә dәstәyini ifadә edib vә fəaliyyətlərinə görə tәşәkkürünü bildirib.