...

Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi açılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Sentyabr 2015 20:45 (UTC +04:00)
Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.
Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzi açılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışını edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mərkəzin infrastrukturu ilə tanış olan nazir ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağqalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.

Çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə döyüş hazırlığı planına əsasən mərkəzdə ixtisaslı təlimatçılar tərəfindən döyüş şəraitinə tam uyğunlaşdırılıb, relyefin tələblərinə cavab verən təlim məşqləri həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti