...

Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 26 Fevral 2016 13:52 (UTC +04:00)
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi.
Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi (FOTO)

Bakı. Trend:

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edildi.

AMEA Şərqşünaslıq İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi.

Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi.

G.Baxşəliyeva 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərini zəbt etmələrini, ermənilərin törətdikləri görünməmiş vəhşilikləri nəticəsində dinc Xocalı sakinlərindən 613 nəfərin, o cümlədən 106 qadın və 63 uşağın şəhid olduğunu, 487 nəfərin şikəst qaldığını, əksəriyyəti qocalar, uşaqlar, qadınlar olmaqla 1275 nəfərin əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqirlərə və həqarətlərə məruz qaldığını xatırlatdı.

G.Baxşəliyeva ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd etdi.

Tədbirdə institut əməkdaşlarından i.ü.f.d. Əkrəm Rəhimli, f.ü.e.d. Vilayət Cəfərov, i.ü.e.d. Dünyamalı Vəliyev və c.ü.f.d. Rafiq Abbasov çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti