...

Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən fikirlərə görə Rusiyanın I kanalına etiraz edildi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Aprel 2016 10:29
Rusiyanın I kanalı vasitəsi ilə yayımlanan “Vremya pokajet” verilişində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən haqsız fikirlərə dair kanalın rəhbərliyinə Pyotr Akademiyasının həqiqi üzvü, Əməkdar incəsən xadimi, yazıçı Afaq Məsud tərəfindən məktub ünvanlanıb.
Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən fikirlərə görə Rusiyanın I kanalına etiraz edildi

Trend-i buradan izləyin

Bakı. Trend:

Rusiyanın I kanalı vasitəsi ilə yayımlanan "Vremya pokajet" verilişində Dağlıq Qarabağda gedən döyüşlərlə bağlı səsləndirilən haqsız fikirlərə dair kanalın rəhbərliyinə Pyotr Akademiyasının həqiqi üzvü, Əməkdar incəsən xadimi, yazıçı, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud tərəfindən məktub ünvanlanıb.

Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Məktubda bildirilir:

"Təəssüflə qeyd etməliyəm ki, aprelin 4-də kanalınız vasitəsi ilə yayımlanan "Vremya pokajet" verilişinin əvvəlindən qoyulan "Bu müharibəyə ilk olaraq, hansı tərəfdən başlanıldı?", "Niyə məhz indi başlandı?" - suallarına müzakirədə iştirak edən "kompetent" şəxslərin (hər iki mövqedə olan) biri belə olsun, cavab verə bilmədi. Cavab isə çox aydın və üzdədir. İyirmi ildən artıq müddət ərzində məlum sülh danışıqlarının nəticə verməsini gözləyə-gözləyə, günaşırı, bəzən hər gün həmin bu "atəşkəs" rejimində erməni separatçıları tərəfindən güllələnib öldürülən 18-20 yaşlı Azərbaycan əsgərləri (tarixlər və hadisələr lentə alınıb. Ünvan: AZƏRTAC, Trend (azertag.az, az.trend.az) və uzun illər itkilər verən tərəfin üzüyola dinməzliyindən coşub cəsarət nümayiş etdirən ermənilərin aprelin 1-nə keçən gecə gülləbaran etdiyi dinc əhalinin təhlükəsiz ərazilərə köçürülmək məcburiyyətində qalması.

"Niyə məhz indi başladı?" sualına verilən cavablar isə, yaradıcı təfəkkürü olanlar üçün daha böyük maraq doğurur. İlərlə torpaqları qanunsuz şəkildə zəbt edilmiş Azərbaycanın aqressora tutarlı cavabının, gah ölkədə yaşanan uydurma gərginliklə əlaqələndirilməsi, gah da "Türkəyinin diktəsi ilə atılan addım" kimi qiymətləndirilməsi, inanın ki, kənardan sosioloji araşdırmadan çox, cığal uşaq oyunlarının mübahisə yarışını xatırladır.

Təəssüflə bildirməliyəm ki, kanal bu gün də, həmişəki ermənipərəst mövqeyinə sadiq qalaraq, qoyulan bu ağrılı və dərin tarixi köklü məsələyə səthi və birtərəfli münasibət nümayiş etdirdi. Lakin, əlbəttə ki, sözü zaman deyəcək. Və sizi əmin edirəm ki, O, öz sözünü mütləq deyəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti