...

Lavrov və Kerri Dağlıq Qarabağı müzakirə ediblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2016 23:18 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti müzakirə ediblər.

Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, xarici siyasət idarələrinin başçıları danışıqları zamanı Suriyada vəziyyətin siyasi həllinin perspektivlərinin müzakirəsini davam etdiriblər.

Vurğulanır ki, Lavrov və Kerri danışıqlar zamanı Rusiya və ABŞ-ın dəstəyi ilə Suriyada müəyyən olunmuş atəşkəs rejiminə tərəfləri dönmədən əməl etməyə çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti