...

Ötən ay ermənilərin təxribatı ilə bağlı 32 cinayət işi açılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 13 May 2016 13:41 (UTC +04:00)
“Ötən aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb”.
Ötən ay ermənilərin təxribatı ilə bağlı 32 cinayət işi açılıb

Bakı. Elçin Mehdiyev - Trend:

"Ötən aprel ayında ermənilər tərəfindən mülki əhalinin qəsdən öldürülməsi, əmlakının məhv edilməsi ilə bağlı Tərtər, Ağdam, Füzuli, Ağcabədi prokurorluqlarında 32 cinayət işi açılıb".

Trend-in məlumatına görə, bunu Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.

N.Abbasov deyib ki, 641 yaşayış evinə ziyan dəyib, dağılıb: "Ermənistan beynəlxalq humanitar hüquq normalarını pozub. 6 nəfərin ölümünə səbəb yaşayış məntəqələrinə atılmış mərmilər olub".

O deyib ki, sübutların toplanması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti