...

Daha bir hüquq müdafiəçisi "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşuldu

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 Yanvar 2017 18:18 (UTC +04:00)
Daha bir hüquq müdafiəçisi "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşuldu.
Daha bir hüquq müdafiəçisi "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşuldu

Bakı. Trend:

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı "Ermənistan-Azərbaycan Sülh Platforması"na qoşulmaqla bağlı bəyanat verib.

Bu barədə Trend-ə "Ermənistan-Azərbaycan Sülh Platforması"nın mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda qeyd olunur:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Səidə Qocamanlı, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti