Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberq Ermənistanı və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində gərginliyin qarşısını almağa çağırıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Stoltenberq bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur.
NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun səylərini tamamilə dəstəkləyir, - deyə Yens Stoltenberq bildirib.