...

BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 20 İyun 2017 12:37 (UTC +04:00)
Bu gün Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir.
BMT QAK: Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycan ən çox məcburi köçkün əhalisi olan ölkələrdəndir.

Trend-in məlumatına görə, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəsi Furio De Angelis Ümumdünya Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən məcburi köçkün olan vətəndaşları üçün çox şeylər edib və yenə də etməkdədir.

Furio De Angelis qeyd edib ki, Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə görə, müharibə və didərginlik faciəsindən keçib:

"Azərbaycan insan itkilərinə və iqtisadi məhrumiyyətlərə məruz qalıb. Amma buna baxmayaraq, problemlərin öhdəsindən gəlməyi və müasir ölkəyə çevrilməyi bacarıb".

BMT rəsmisi deyib ki, Azərbaycan hökumətinin məcburi köçkünlərin məskunlaşdırılması istiqamətində apardığı tədbirlər təqdirəlayiqdir və alqışlanmalıdır:

"Qaçqınlar diqqətdən kənarda qalmamalıdılar. BMT QAK ümid edir ki, beynəlxalq donorlar köçkünlərin problemlərinə diqqəti artıracaqlar. Hökumətin başqa ölkələrdən olan, sığınacaq axtaranların problemlərinin həllinə göstərdiyi köməyə görə minnətdarlıq bildirmək istəyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti