Bakı. Trend:
ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskonti Bakıya gəlib.
Trend-in məlumatına görə, bu gün rusiyalı həmsədr İqor Popovun da səfər edəcəyi gözlənilir.
Minsk qrupunun həmsədrləri Endryu Şefer (ABŞ), S.Viskonti və İ.Popovun Bakıda rəsmilərlə görüşü fevralın 7-nə planlaşdırılıb.
Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.
Qeyd edək ki, amerikalı həmsədr E.Şefer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik artıq Bakıdadırlar.