...

Aİ-nin Ali komissarı: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2018 14:31 (UTC +04:00)
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır
Aİ-nin Ali komissarı: Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır

Bakı. Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının iclasının yekununda Avropa İttifaqı (Aİ) Ali komissarı Federika Mogerini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransı zamanı deyib.

F.Mogerini deyib: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və bütün region üçün ciddi problem olaraq qalır. Bu kontekstdə Vyana, Sankt-Peterburq və Cenevrədə yüksək səviyyədə dialoqun bərpa olunması vacib hadisədir. Biz istərdik ki, tərəflər danışıqların aktivləşdirilməsi və münaqişə xəttində gərginliyin azaldılması siyasətinə davam etsinlər”.

Aİ Ali komissarı vurğulayıb ki, münaqişə hərbi yolla həll edilə bilməz: “Aİ ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini və təkliflərini tam dəstəkləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti