Küveytdə Xocalı qətliamı anılıb (FOTO)

Küveytdə Xocalı qətliamı anılıb (FOTO)

Bakı. Trend:

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, ərəb dilində hazırlanmış “Xocalı soyqırımı”, ingilis dilində “Xocalı - XX əsrin soyqırımı” kitabları, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantı, Küveyt Xarici İşlər nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Bununla yanaşı, Səfirliyin ərəb dilində press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilib.

Yuxarıda göstərilənlərlə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı Soyqırımının 26-cı ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş Səfirliklərə və Beynəlxalq Təşkilatlara göndərilib. Fevralın 21-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə anım mərasimi keçirilib.

Anım mərasimini giriş sözü ilə açaraq, Səfir Elxan Qəhrəman Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecənin nəinki Azərbaycan xalqının, ümumiyyətlə insanlıq tarixinə qanlı hərflərlə yazıldığını, həmin gecə erməni yaraqlılarının SSRİ-nin Xankəndində yerləşmiş 366-cı motoatıcı alayının zirehli texnika və hərbiçilərinin köməyi ilə Xocalı şəhərini yerlə yeksan etdiyini, orada yaşayan mülki əhalinin qəddarlıqla qətlə yetirdiyini, bu qanlı cinayət nəticəsində erməni millətçi və separatçılarının Dağlıq Qarabağı Ermənistana birləşdirmək məqsədilə hər cür qeyri-insani vəhşiliyə hazır olduqlarını bir daha nümayiş etdirdiyini mərasim iştirakçılarının diqqətinə çatdırıb.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu növbəti kütləvi qırğın zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 150 nəfərin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə yox edildiyini, 25 uşağın hər iki valideyni, 130 uşağın valideynlərindən birinin öldürüldüyünü, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığını qeyd edib.

Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxalq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinin müddəalarına məhəl qoymadıqlarını bildirib.

Azərbaycan xalqının sülhsevər xalq olduğunu, heç kimin torpağında gözü olmadığını, bir gün mütləq həqiqətin bərqərar olacağına, beynəlxalq hüquq norma və prinsiplərinin qələbə çalacağına, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə inandığımızı, Xocalı soyqırımı haqqında həqiqətlərin bütün miqyası və dəhşəti ilə dünya ictimaiyyətinə çatdırmaq, bunun Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırım siyasəti kimi tanınmasına nail olacağımıza, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə də təkrar olunmaması üçün onun təşkilatçılarının, ideoloqlarının və icraçılarının cəzalandırılmalarının mühüm şərt olduğunu vurğulayıb.

Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən başladıldığını vurğulayaraq, hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini bildirdi və həmin vaxtdan etibarən 26 fevral gününün – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunduğunu və bütün beynəlxalq təşkilatların bu barədə məlumatlandırıldığını diqqətə çatdırıb. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu bildirərək, dövlət başçısının bu istiqamətdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdiyini qeyd edib.

Daha sonra mərasim iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmə tamaşa etmiş, Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuş, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostendlə tanış oluvlar.

Həmçinin bildiririk ki, Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Küveytin geniş oxucu kütləsinə malik “Əl-Nahar” qazetində məqalə dərc olunuv.

Yelo Bank təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə tender keçirir
Yelo Bank təhlükəsizlik sistemləri avadanlıqlarının alınması üzrə tender keçirir
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov: “İpoteka kreditləşməsini genişləndirməkdə məqsədimiz, insanların mənzilə olan ehtiyaclarını ödəməkdir”
İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri
İyulun 3-də xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub
Türkiyədə koronavirusdan sağalanların sayı 179 min nəfəri ötüb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Leyla Abdullayeva: Ermənistan XİN rəhbərinin qondarma rejimin “prezidenti” ilə görüşü bu ölkənin təcavüzkar siyasətinin bariz nümunəsidir
Füzuli, İmişli, Ağcabədi və Goranboy rayon sakinlərinin su təminatı ilə bağlı problemləri həll olunur
8103 SMS icazə sisteminin fəaliyyəti 16 inzibati ərazidə davam edəcək
İqtisadiyyat Nazirliyi: Pandemiya ilə mübarizədə biznes ictimaiyyəti fəal iştirak etməlidir
Binəqədidə boya zavodu yanır (FOTO/VİDEO)
594 obyektdə kobud qayda pozuntuları aşkarlanıb (FOTO)
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü
AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək
Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu (FOTO)
İranda elektrik stansiyada partlayış baş verib
KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb
Bu gün Bakıda 544 küçə dezinfeksiya edildi
Qablaşdırma məmulatlarının qidalarımıza təsiri
30 il əvvəl türk hərbçini öldürmüş şəxslər Suriyada ələ keçirilib
Gəncə şəhər rəsmiləri sərtlərşdirilmiş karantin rejimi ilə əlaqədar reyd keçiriblər (FOTO)
İş icazəsi ilə İsmayıllıya istirahətə gələnlər cərimələnib (FOTO)
Yaponiyada daşqınlar nəticəsində 15 nəfər həlak olub
Suraxanıda dəfn mərasimində iştirak edənlər saxlanılıb
Şəmkirçay su anbarında batan şəxs axtarılır
Koronavirusla mübarizədə müsbət nəticə hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır - Ekspert
İranda koronavirusdan daha 148 nәfәr ölüb
İcazəsiz Qusara istirahətə gələnlər cərimə olundular (FOTO)
İsmayıllıda hərbi xidmətdən qayıdan oğluna yığıncaq təşkil edən ata cərimələnib (FOTO)
Paytaxtda “Shacman” piyadanı vurub öldürdü
Formula 1 pilotları yarşış ərəfəsində koronavirus testlərindən keçib
Samuxda yas mərasimi keçirənlər cərimələndi (FOTO)
Bəhruz Quliyev: Biz özümüz karantin qaydalarını pozan məsuliyyətsizləri qınamalıyıq
Taksidə sürücü və ya sərnişinin hərəkət icazəsi olsa da, maskasızdırsa, cərimələnəcək - Kamran Əliyev
AMEA-nın şöbə müdiri dünyasını dəyişdi
Xarici İşlər Nazirliyi ABŞ-ı təbrik edib
Abşeronda qanunsuz işləyən dərzi sexi aşkarlanıb, 56 nəfər cərimələnib (FOTO/VİDEO)
"Air France" 7 mindən çox işçini ixtisar edəcək
Gömrükdə qanunsuz mobil telefonlar, siqaretlər və dərman preparatları müsadirə edilib (FOTO)
Polis supermarketlərdə reydlər keçirir (FOTO/VİDEO)
Hindistanda rekord sayda koronavirusa yoluxma qeydə alınıb
Sabunçuda gizli fəaliyyət göstərən restoran aşkar edilib (FOTO)
ATU: COVİD-19 testinin nəticəsi pozitiv olan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır (FOTO)
Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli
Sabah hava küləkli olacaq
Deputat: Milli Məclisdə çox inklüziv atmosfer mövcuddur
Paytaxtda qeyri-qanuni fəaliyyət göstərən obyekt bağlandı (FOTO)
Səfir: ABŞ və Azərbaycanı vacib tərəfdaşlıq birləşdirir (VİDEO)
Xüsusi icazədən istifadə edən oğrular saxlanıldılar (FOTO)
Sudan köhnə istifadə təcrübəsi dəyişməlidir - Beynəlxalq ekspert
Şamaxıda ictimai iaşə və ərzaq satışı müəssisələrində reydlər keçirilir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi
Bakıdan Qəbələyə istirahətə gedənlər texniki vasitələrin köməyi ilə aşkarlandı (FOTO/VİDEO)
Komitə sədri: Yaz və növbədənkənar sessiya dövründə Milli Məclis öz işini səmərəli qurmağa nail ola bilib
Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib (FOTO)
UNEC brendi Estoniyada da tanındı
BŞİH əməkdaşların kütləvi şəkildə koronavirus testindən keçirilməsi xəbərlərinə aydınlıq gətirdi
Solomon adaları yaxınlığında güclü zəlzələ olub
Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb
Bakıda alternativ qaz xətləri çəkilir (FOTO)
Coca-Cola və ASAN Könüllüləri tibb işçilərinə dəstək oldu (FOTO)
Azərbaycanın Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində həyata keçiriləcək tədbirlər müzakirə edilib (FOTO)
Rusiya-Qazaxıstan sərhədində yüzlərlə Özbəkistan vətəndaşı toplanıb
DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər
Parisdə yanğın olub - Ölən var
Həkim: Bəhram Bağırzadənin ümumi vəziyyətində ötən gün ərzində əhəmiyyətli dəyişiklik baş verməyib
Səbaildə ad günü keçirənlər cərimələndi (VİDEO)
Paytaxtda növbəti geniş dezinfeksiya aparılıb (FOTO)
DYP: Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Qazaxda restoranda nişan edənlər saxlanıldı, 15 nəfər cərimələndi (FOTO/VİDEO)
Qırğızıstanda 300-dən çox yoluxma qeyd alındı
Bakıda karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi (FOTO)
Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ
Türkiyə HHQ İraqın şimalında terrorçuların mövqelərinə zərbələr endirib
Karantin qaydalarını pozan 2491 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
Bakıda geniş miqyaslı dezinfeksiya işləri aparılır (FOTO)
Ermənistan sutka ərzində atəşkəsi 42 dəfə pozdu
Trampın məsləhətçisi koronavirusa yoluxub
Bakıda orta yaşlı kişi küçədə bıçaqlandı
TANAP-la Türkiyəyə qaz tədarükünün həcmi 5,8 milyard kubmetri keçib
Qazaxıstanda koronavirusa yoluxanların sayı 45 mini ötüb
Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var
ABŞ-da koronavirusa rekord sayda yeni yoluxma qeydə alınıb
Yaponiyada 200 min nəfərə təxliyə üçün təlimat verilib
Kanadada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Alabamada atışma olub, yaralananlar var
Braziliyada bir gündə koronavirusa 42 mindən artıq insan yoluxub
Puerto-Riko sahillərində 5,5 bal gücündə zəlzələ olub
Tovuzda top mərmiləri aşkarlanıb (FOTO)
Massaçustsdə ticarət mərkəzində atışma olub
Moskvada koronavirusdan daha 25 nəfər ölüb
Dünyada koronavirusa yoluxanların sayı 11 milyonu ötüb
Türkiyədə zəlzələ olub
ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var
Dünyada koronavirusa yoluxanların sayı 175 mindən çox artıb
Türkiyədə pirotexnika zavodunda partlayış nəticəsində 4 nəfər ölüb
DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək
Bu gündən iyulun 6-dək 16 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək
Metronun fəaliyyəti iyulun 20-dək dayandırıldı
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü
Koronavirus: ABŞ-da sutkalıq yoluxma rekordu, Fransada ikinci dalğa gözlənilir
Prezident İlham Əliyev görkəmli yazıçı-dramaturq, şair Əmir Pəhləvana ev bağışladı
İsraildə koronavirusun ikinci dalğası elan edilib
Bütün xəbərlər