...

Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Mart 2018 18:32 (UTC +04:00)
“Komtec” şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci “MilliÖN” ödəniş terminalını quraşdırır
Cocuq Mərcanlıda birinci ödəniş terminalı quraşdırılır

Bakı. Hüseyn Vəliyev - Trend:

“Komtec” şirkəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci “MilliÖN” ödəniş terminalını quraşdırır.

Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, terminalın istifadəyə verilməsi martın 20-də baş tutacaq:

“Bu, kənddə quraşdırılan birinci ödəniş terminalı olacaq və əhalinin kommunal və digər ödənişlərini asanlaşdıracaq. Gələcəkdə bu terminalların sayının artırılacağı istisna olunmur”.

Qeyd edək ki, “MilliÖN” şəbəkəsi ictimai yerlərdə (biznes mərkəzləri, vağzal və hava limanlarının gözləmə zalları, ticarət mərkəzləri) quraşdırılan beş minə yaxın terminaldan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti