...

Dövlət Komissiyası: Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Fevral 2019 11:55 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb
Dövlət Komissiyası: Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş 775 nəfərin yaxınlarından ağız suyu nümunəsi götürülüb

Bakı. Samir Əli - Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə ötən il ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.

Trend-in məlumatına görə, ötən il ərzində itkin düşmüş 775 nəfərin yaxınlarından 2170 ağız suyu nümunəsi götürülüb.

Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün ekshumasiya zamanı istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti