...

Baş nazirin müavini: Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2019 13:03 (UTC +04:00)
Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.
Baş nazirin müavini: Güclü ordu, xalqın iradəsi və Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün əminlik yaradır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın güclü ordusu, xalqımızın iradəsi və Prezidentimizin qətiyyəti torpaqlarımızın işğaldan azad edilməsi üçün bizdə əminlik yaradır.

Trend-in məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.

Ə.Əhmədov bildirib ki, bizim yeganə problemimiz Dağlıq Qarabağ münaqişəsi, torpaqlarımızın işğal altında olmasıdır:

“Azərbaycan müharibə tərəfdarı deyil. Danışıqlar yolu ilə münaqişənin nəticələrinin aradan qaldırılmasına üstünlük verir. Hesab edirik ki, hələ bu istiqamətdə imkanlar mövcuddur. Bu imkanlardan axıra qədər də istifadə etmək lazımdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti