Polkovnik: Ermənistanın yeni silahlar almasına baxmayaraq, Azərbaycan HHQ düşmən tərəfini 3-4 qat üstələyir

Polkovnik: Ermənistanın yeni silahlar almasına baxmayaraq, Azərbaycan HHQ düşmən tərəfini 3-4 qat üstələyir

Bakı. Samir Əli - Trend:

Son zamanlar mediada Ermənistanın Rusiyadan aldığı ikiyerli çoxməqsədli Su-30SM qırıcı təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksləri hesabına guya öz ordusunun silahlanmasını gücləndirməsi və Azərbaycan ərazisində demək olar ki, istənilən hədəfi, o cümlədən hava hücumundan müdafiə sistemlərini susdurma qabiliyyətinə malik olması barədə məlumatlar yayılıb.

Uzun müddət Azərbaycan Hərbi Hava Qüvvələrində (HHQ) xidmət etmiş, hava hücumu təhdidlərinə qarşı HHQ-nin qabiliyyətlərinin hesablanması üzrə mütəxəssis, hazırda ehtiyatda olan polkovnik Oqtay Bədəlov Trend-ə açıqlamasında bildirib ki, Su-30SM yüksək manevretmə imkanına malikdir, fazalaşdırılmış anten qəfəsli radiolokator, idarəetmə vektorlu mühərrik və ön üfüqi quyruğu ilə təchiz edilib:

"Təyyarənin əsas xüsusiyyətləri isə sürətin 2121 km/saat, praktiki uçuş tavanının 17 km, döyüş radiusunun 1500 km, döyüş yükünün 8 ton, eləcə də “hava-hava” və “hava-yer” kimi müasir yüksək dəqiqlikli silahlarından istifadə etmək imkanına malik olmasıdır.

“İlk uçuşuna 2012-ci ildə başlayan Su-30SM, 2018-ci ildə Rusiya Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edilib. Qeyd edək ki, bu tip təyyarələr və onların modernizə olunmuş variantları, o cümlədən texnik səbəblərdən bu günədək 15 dəfəyədək qəzaya uğrayıb.

Bu təyyarələrin döyüş tətbiqinə gəlincə isə bildirmək istərdim ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına əsasən 2018-ci ilin may ayında Xmeymim (Suriya) aerodromundan havaya qalxdıqdan sonra Su-30SM Aralıq dənizi üzərində qəzaya uğrayıb. Pakistan Hərbi Hava Qüvvələrinə məxsus JF-17 təyyarəsinin hava döyüşündə Hindistan Hərbi Hava Qüvvələrinin Su-30MKI təyyarəsinə döyüş tapşırığını yerinə yetirməsinə imkan verməməsi barədə xarici mediada məlumat yayılıb.

Xarici mətbuatda dəfələrlə bu tip təyyarələrin texniki çatışmazlığı barədə də xəbərlər verilib. O da bildirilir ki, Su-30SM qırıcılarının avionikası, naviqasiya sistemi ilə bağlı hələ də problemlər var və hətta onun AL-31F güc qurğusunun məhdud resursu mövcuddur.

Bütün bunlar Su-30SM təyyarəsinin hələ də istismar edilməsi, döyüşdə tətbiq olunması üzrə təcrübə toplamasından xəbər verir və bu təyyarənin bütün üstünlükləri və mənfi cəhətlərini müəyyən etmək üçün kifayət qədər vaxt tələb olunacağına bir işarədir".

Ekspert bildirib ki, erməni mənbələrinin yazdığına görə, Azərbaycanın Hava Hücumundan Müdafiəsinə (HHM) qarşı Su-30SM tərəfindən gələn əsas təhdid təyyarənin 100 km-dən 200 km qədər uzaqlıqdan tətbiq etmək imkanına malik idarəolunan “hava-yer” və radar əleyhinə raketləri (X-29, X-31 və X-58, X-59 sinif raketlər), eləcə də HHM vasitələrinə maneələrin qoyulması və qırıcının yüksək manevr bacarığıdır: "Hava hücumundan müdafiə döyüşünün aparılmasında ən mürəkkəb iş hava düşməninin erkən aşkar edilməsi, həmçinin hədəfin məhv edilməsi üçün vaxtında aviasiya və HHM aktiv vasitələrinə hədəfgöstərmənin vaxtında ötürülməsidir.

Uçuş-texniki xüsusiyyətlərinə və döyüş tətbiqi prinsiplərinə görə Su-30SM yuxarıda göstərilən idarəolunan raketləri buraxması üçün qırıcı döyüş tətbiqi hündürlüyünü tutmalıdır. Bu hündürlük 5-15 km arasındadır. Məhz bu yüksəklikdə HHM qüvvələri göstərilən qırıcını mütləq aşkar və müşayiət edəcəklər. Bundan əlavə, hərbi əməliyyat teatrının mürəkkəb dağlıq relyefə malik olması, Su-30SM qırıcısının aşağı hündürlükdə hədəfə o qədər də yaxınlaşmasına və Azərbaycan HHM sistemləri tərəfindən görünməməsinə imkan vermir".

Polkovnikin sözlərinə görə, bu gün Azərbaycan müasir dərin eşelonlaşdırılmış hava hücumundan müdafiə və raket əleyhinə müdafiə (RƏM) sistemlərinə malikdir:

"Mövcud və perspektivdə mümkün ola biləcək təhdid və risklərə əsaslanaraq hava sərhədlərinin və mühüm dövlət obyektlərinin mühafizəsini təmin etmək üçün Azərbaycan öz HHM sistemini daim müasir vasitələrlə zənginləşdirir.

Azərbaycan Hərbi Hava Qüvvələri qərargahının keçmiş zabiti kimi əminliklə qeyd edə bilərəm ki, Azərbaycanın HHM sistemi hazırda İspaniyanın “İndra” şirkəti tərəfindən istehsal olunan, sutka ərzində istismar edilən və düşmənin bütün mövcud hava hücumu vasitələrinin (aerodinamik və ballistik) aşkar edilməsi, müşayiət olunmasına malik orta və uzaq mənzilli müasir “Lanza” radiolokasiya stansiyalari ilə əlavə olaraq təchiz edilib.

Hava düşməninin yuxarıda göstərilən təhdidlərini aradan qaldırmaq məqsədilə Azərbaycanın hava hücumundan müdafiə qoşunlarında yeni rəqəmsal element bazasına malik, özünütuşlayan aktiv başlıqlı raketlər, eləcə də təyyarə, helikopter, PUA, qanadlı və ballistik raketləri məhv etmək üçün müasir alqoritmlərlə təchiz edilmiş “Favorit”, “İldırım-8” və digər uzaqmənzilli zenit-raket sistemləri döyüş növbəsindədir.

Eşelonlaşdırılmış, çoxfunksiyalı hava hücumundan və raketdən müdafiə sisteminə, uzaqmənzilli aviasiya məhvetmə silahlarına və raket qoşunlarına malik Azərbaycan Ordusu düşməni yalnız havada deyil, hətta onların daimi dislokasiya yerlərində də məhv etməyə qadirdir.

Məsələn, 2019-cu ildə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri zamanı icra edilən bir ssenariyə əsasən Türkiyə HHQ-nin F-16 qırıcıları Azərbaycanın HHM-ni aşa bilmədi və şərti olaraq məhv edildi. Yəqin ki, mənimlə razılaşarsınız ki, Su-30SM heç də F-16-dan üstün deyil.

Ermənistanda “Tor-M2KM” zenit-raket kompleksinin (ZRK) olmasına gəlincə isə, qeyd edim ki, normativ taktiki sənədlərə əsasən, HHM vasitələri obyekt, qoşun və gəmi növlərinə görə fərqlənir. Bu fərqlənmədən irəli gələrək HHM vasitələri kimi zenit-raket komplekslərinin də təyinat üzrə müəyyən vəzifələri var.

“Tor-M2KM” kiçik mənzilli qoşun zenit-raket kompleksidir. ZRK-nin məhvetmə məsafəsi 15 km-ə qədərdir ki, bu da taktiki səviyyədə hərbi və digər obyektlərin hava zərbələrindən müdafiəsi üçün hazırlanmışdır. ZRK düşmənin pilotsuz uçuş aparatları, aviasiya bombaları, təyyarə və helikopterlərinə qarşı effektiv mübarizə apara bilər.
Mətbuatda və ya rəsmi məlumatlarda “Tor-M2KM”-nin döyüş şəraitində tətbiqi barədə məlumatlar mövcud deyil və bu ZRK üçün vacib amildir. Bu ZRK-nı istismar edən mütəxəssislərlə söhbətlər zamanı həmin mütəxəssislər onun döyüş imkanlarını heç də yüksək qiymətləndirməyiblər.

Düzünü deyim ki, Ermənistanın “Tor-M2KM” ZRK-ya malik olmasının onlara hər hansı bir üstünlük verdiyini iddia etməsi gülüncdür. Azərbaycan HHQ-nin həm təyyarələrində, həm də helikopterlərində bu ZRK-nın məhvetmə əhatəsinə daxil olmadan onu sıradan çıxara bilən aviasiya məhvetmə vasitələri mövcuddur. Yeri gəlmişkən, qeyd edim ki, bu silah növündən olan bir qismi 2018-ci ildə Bakıda keçirilən hərbi parad zamanı nümayiş etdirilib.

HHM ekspertlərinin fikrincə, bu günə qədər ən perspektivli və məhsuldar kiçik mənzilli ZRK “Pantsir S1M” öz döyüş imkanlarına görə“Tor-M2KM” ZRK-ni xeyli üstələyən zenit-raket top kompleksidir.

Sonda qeyd etmək istərdim ki, Ermənistanın 4 Su-30SM döyüş təyyarəsi və “Tor-M2KM” zenit-raket kompleksini alaraq silahlanmada hər hansı bir üstünlüyə malik olması barədə bəyanatı əsassızdır və daxili auditoriyaya hesablanıb.

Məndə belə bir məntiqi sual yaranır ki, axı nə üçün Ermənistan müasir yüksək texnoloji Su-35, Su-57 və “Pantsir S1M” silahlarını almadı. Cavab çox sadədir - Ermənistan istehsalçı-ölkəyə artıq lazım olmayan silahları əldə edib.

Ermənistanın bu silahları almasına baxmayaraq, Azərbaycan HHQ yenə də düşmən tərəfini ən azı 3-4 qat üstələyir".

Kamçatkada 4,3 bal gücündə zəlzələ olub
Kamçatkada 4,3 bal gücündə zəlzələ olub
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Xızıda  minik avtomobili yanıb
Xızıda minik avtomobili yanıb
Loading Bars
Xəbər lenti
Apple dükanlarının əksəriyyətində maska ​​taxmaq məcburi olacaq
ABŞ Dövlət katibi ÜST-ün rəhbəri ilə koronavirusun mənşəyi ilə bağlı məsələləri müzakirə edib
FHN Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı əhaliyə müraciət edib
Kamçatkada 4,3 bal gücündə zəlzələ olub
Bakıda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
“Diplomatiya Həftəsi”nin 2-ci həftəsi baş tutub (FOTO)
Xızıda minik avtomobili yanıb
Dünyada sərnişin aviadaşımaları azalıb
İmişlidə çay evi yanıb
II və III qrup üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
Türkiyədə son sutkada koronavirusdan 4 197 nəfər sağalıb
Samuxda karantin qaydalarının pozulduğu toy məclisləri aşkarlanıb (FOTO)
“Neftçi” futbol klubu UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb
Ukraynada qəzaya uğrayan təyyarədə üş amerikalı ölüb
Ceyhun Bayramov ABŞ Dövlət Katibinin köməkçisi ilə telefonla danışıb
Sosial şəbəkələrdə idman yarışının keçirilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb
Bu il Azərbaycana ən çox əcnəbi bu ölkələrdən gəlib - SİYAHI
Məhkumluq həyatı bitmiş şəxslər cəmiyyətə necə inteqrasiya olunmalıdır? - AÇIQLAMA
Moskvada Fərman Salmanovun 90 illiyi münasibətilə elmi-praktik konfrans keçirilib (FOTO)
2010-2020-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük inkişaf yolu keçib - Deputat
Dövlət büdcəsinin gəlirləri artır
Azərbaycanda probasiya qeydiyyatına götürülən şəxslərin sayı açıqlanıb
Bakıda güclü külək bir sıra fəsadlara yol açıb - FHN (VİDEO)
Bu il ölkəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə azalıb
Mingəçevir Dövlət Universitetində “Yay Təcrübə Proqramı”na start verilir (FOTO)
Siyəzəndə yük maşını yanıb
Azərbaycan və İsrail arasında dostluq əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaradır - Nazir (FOTO)
“YAŞAT” düşərgəsinin ikinci həftəsi davam edir (FOTO)
Ceyhun Bayramov YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb (FOTO)
Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir
Xəzərdə dalğanın hündürlüyü 6 metrə çatıb - FAKTİKİ HAVA
Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib
Bu il 257 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib
Daha bir qrup qazi yüksək texnologiyalı protezlərlə təmin olunub (FOTO)
ABŞ-ın Stirlinq Fondunun baş icraçı direktoru QMİ-də olub
İşğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərəcək süni mayalanma mütəxəssislərinə avadanlıq təqdim edilib
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Mustafa Şentopun ortaq türk ordusu ilə bağlı suala cavabı təhrif olunub, yayılan iddialar həqiqətə uyğun deyil (VİDEO)
Azərbaycanda koronavirusa yoluxanların sayı 700-ü keçdi
Təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verilən şəxslər müəyyənləşib
İçməli sudan qanunsuz istifadə halları aşkarlanıb (FOTO)
ƏƏSMN-də Moldova nümayəndə heyəti ilə görüş olub (FOTO)
Bu gün keçirilən I və IV qrup imtahanlarının test tapşırıqlarının düzgün cavabları AÇIQLANDI
Ölkədə qanuni əsaslarla olan və yaşayan əcnəbilərin sayı açıqlanıb
İyulun 29-na USD/AZN rəsmi məzənnəsi
“AZAL” IATA Travel Pass tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır (VİDEO)
"Yeni Klinika"nın işçiləri məhkəmə zalında həbs edilib
Real-Trend həftəlik iqtisadi layihəsinin növbəti buraxılışı yayımlanıb (VİDEO)
Azərbaycan karateçiləri Tokioya Yay Olimpiya Oyunlarına yollanıblar (FOTO)
Yelo Bank-dan 10 milyondan artıq mənfəət
Kaspersky fövqəladə halların təhlili üçün nəzərdə tutulan intellektual sistemi sınaqdan keçirir
Qobustanda transformator və elektrik dirəkləri yanıb
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Şənlik təşkil olunan məkanların işçi heyətinin 700 nəfərdən çoxu tələblərə əməl etməyib - Nazirlik
Şəhriyar Məmmədyarov “AccessBank”ın depozit kampaniyasının simasıdır
Rektor Şahin Bayramovun COVİD-19 infeksiyasına qarşı mübarizə ilə əlaqədar müraciəti
"Qaraciyər Transplantasiyası Günləri" adlı elmi tədbir keçirilir (FOTO)
Son 3 ildə sosial ödənişlər 60 faizdən çox artıb
Bu il qeyri-neft sektorunun artım tempi proqnozları üstələyib
Xaçınçay su anbarının ətraf əraziləri minalardan belə təmizlənir - Trend TV (FOTO)
Prokuror azərbaycanlı əsirlərə işgəncə verən ermənilərə 20 il cəza istəyib (ƏLAVƏ OLUNUB)
Bakıda 3 saylı "ASAN Kommunal" mərkəzinin açılışı olub
Azərbaycanın regionda yaratdığı yeni şərtlər geosiyasi və geoiqtisadi baxımdan cəlbedici modeldir - Deputat
Təhsil tələbə kreditlərinin verilməsi qaydası açıqlandı
Sumqayıtda kəsilmiş ağacların yerinə yeniləri əkilib
Tovuzda 44 adda istifadə müddəti bitmiş məhsul satan mağaza aşkarlanıb
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində (FOTO)
Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb (FOTO)
Kəlbəcər və Laçında yol infrastrukturunun tikintisinə 10 milyon manat ayrıldı - SƏRƏNCAM
Yevlaxda şadlıq sarayında pandemiyanın tələbləri kobud şəkildə pozulub (FOTO)
Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri ilə görüşüb (FOTO)
Unicapital İnvestisiya Şirkətinin yerli və xarici kapital bazarları haqda təhlili
Bu gün bəzi qüvvələr cəmiyyətdə ƏƏSMN-ə qarşı fikir formalaşdırmağa çalışır - Anar Əliyev (VİDEO)
"Neftçi" bu gün "Olimpiakos"la cavab oyunu oynayacaq
I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirilib
Jurnalistlər Quba və Qusarda yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış olub (FOTO)
“TikTok”da narkotik vasitələri təbliğ edən daha 6 nəfər saxlanılıb (FOTO/VİDEO)
AŞPA-dan olan nümayəndə heyəti Ermənistanın hərbi təcavüzü barədə məlumatlandırılıb
“Karabakh.Center” layihəsi əsasında fotosərgi keçirilib (FOTO)
İranda ötən sutka 303 nəfər koronavirusdan ölüb
Ev kirayəsi ilə bağlı vergi dərəcələri aşağı salınmalıdır - Millət vəkili
Casusluqda ittiham olunan ermənilərin hər biri 15 il azadlıqdan məhrum edilib (ƏLAVƏ OLUNUB)
Qısamüddətli notların yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib
Tərtərdə 5 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur (FOTO)
Astarada restoran sahibi barəsində cinayət işi açılıb
Azərbaycan İlahiyyat İnstitutunun “Din araşdırmaları” jurnalının növbəti sayı nəşr olunub
Ombudsman sərhəddə baş verən gərginliklə bağlı bəyanat verib
Qanunsuz ov edən şəxslər cəzalandırılıb
Şimal və qərb rayonlarında leysan olacaq, dolu düşəcək
Gəncədə narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Şəhid ailələri və qazilərin sosial müdafiəsi üçün bütün imkanlar səfərbər edilib - Nazir müavini (FOTO/VİDEO)
Özünüməşğulluq proqramına yeni iqtisadi fəaliyyət sahələri əlavə olunub
Göyçayda toy sahibləri inzibati məsuliyyətə cəlb edilib (FOTO)
Xaricdə aksiyalarda nümayiş etdirilən iriölçülü Azərbaycan bayrağı Cıdır düzündə (FOTO)
Lənkəran Dövlət Universitetinin professoru vəfat edib
Binəqədidə narkotacir və avtomobillərdən oğurluq edən şəxslər ələ keçdi (FOTO/VİDEO)
Şabranda narkotik tərkibli maddələri saxlayan dəstə saxlanılıb
Hazırda yağlanma ilə bağlı hepatitlərə daha çox rast gəlinir - Nuru Bayramov
Qərbi Kaspi Universiteti bakalavr pilləsinə qəbul elan edir (VİDEO)
Şəhidin bank kartından pul oğurlayan şəxs tutulub
Bütün xəbərlər