...

Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Sentyabr 2020 16:23 (UTC +04:00)
Ukraynalı deputat: Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər

Bakı. Nərgiz Sadıxova - Trend:

Bəzi ölkələrin liderləri özlərini “böyük imperator” və “torpaq toplayıcısı” zənn edir.

Bunu Trend-ə ukraynalı deputat Vladimir Kreydenko deyib.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasından təxminən 30 il keçib, amma bu sənədlər icra olunmur:

“Münaqişənin eskalasiyası və Azərbaycan ərazilərinin işğalı davam edir. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir”.

Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını şərh edərkən deputat bu fikri dəstəklədiyini bildirib:

“Sanksiyaların tətbiq olunması Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti