...

Azərbaycan şəhərlərinin raket atəşinə tutulması Ermənistandakı faşist rejiminin aqoniyasının təsdiqidir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 12:40 (UTC +04:00)
Azərbaycan şəhərlərinin raket atəşinə tutulması Ermənistandakı faşist rejiminin aqoniyasının təsdiqidir

Bakı. Trend:

Ermənistanın hərbi-siyasi rəhbərliyinin “İsgəndər” və “Toçka-U” ballistik raketləri ilə Şəmkir, Gəncə, Mingəçevir və Abşeronu vurması qərarı Hitlerin ölümündən qabaq FAU-1 və FAU-2 raketləri ilə Böyük Britaniyanın dinc şəhərlərini vurmasına bənzəyir.

Ermənistanın baş naziri Paşinyanın və müdafiə naziri Tonoyanın addımlarında və açıqlamalarında çox şey Almaniya faşistlərini xatırladır. Bu, həm “miatsum”-“anşlüs” işğal olunmuş Qarabağın Ermənistana birləşməsi siyasətinin uğursuzluğa düçar olması, həm də erməni hakim dairələrinə xas olan “njdeizm” irqçilik ideologiyasıdır. Bir faktı nümunə gətirmək kifayətdir – Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan Qarabağa əlavə hərbi birləşmələrin göndərilməsini əmr edib. O, azərbaycanlıları “Vətənsiz köçəri mağara tayfasının qalıqları” adlandırıb.

Amma erməni xalqı öz mədəniyyətini, ədəbiyyatını, musiqisini, mətbəxini və digər çox şeyi Azərbaycana borcludur. Əgər azərbaycanlılar “Vətənsiz köçəri mağara tayfasının qalıqları”dırsa, o zaman bizim mədəni irsimizi dayanmadan oğurlayan ermənilər kimdir? Paşinyanın həmyerlisi olan erməni baş qərargah rəisinin sözləri Yerevanın qonşularına nifrət dünyagörüşünü əks etdirir və ən əsası, ermənilərin bugünkü liderlərini Hitler, Gebbels və onların ətrafı ilə doğmalaşdırır. Nasist Almaniyası kimi Yerevan da öz işğalçı ordusunun Azərbaycan ərazisindəki cinayətlərini “öz müqəddəratını təyinetmə hüququ” barədə yalan məlumatlarla ört-basdır edir.

Bugünkü Ermənistan faşist dövlətinin əsasları və qanunları ilə yaşayır və azərbaycanlıların etnik təmizlənməsi, milli və dini azlıqların təqib olunması, iri dövlət iddiaları, bütün qonşulara aqressiv yanaşma, eləcə də beynəxalq hüquq və humanizm prinsiplərinə açıq-aşkar etinasızlıq üzərində qurulub. Şəmkir, Gəncə, Mingəçevir və Abşeronun “İsgəndər” və “Toçka-U” ballistik raketləri ilə atəşə tutulması Hitlerin ölüm qabağı əməllərini xatırladır. Bu, faşist rejiminin aqoniyası, Azərbaycana nifrətinin təzahürüdür və gec-tez onun ideoloqlarının ölümünə gətirib çıxaracaq.

Dünya bilməlidir ki, Azərbaycan Qarabağda erməni faşizminə qarşı Vətən müharibəsi aparır. Qarabağ bizim vətənimizdir və biz oraya qayıdacağıq!

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel:https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm

Məqalədə:
Xəbər lenti

Xəbər lenti