...

Məşhur erməni bloger Paşinyanı Gəncəni vurmaqda ittiham etdi

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 Oktyabr 2020 12:52 (UTC +04:00)

Bakı. Trend:

Məşhur erməni bloger Tiqran Köçəryan Ermənistanın baş naziri Nikol Paşinyanı Gəncəni vurmaq əmrini verməkdə ittiham edib.

Trend-in məlumatına görə, bloger özünün http://pigh.tv/?p=13 səhifəsində yerləşdirdiyi çağırışda Ermənistanın baş naziri Nikol Paşinyanı kəskin tənqid edərək, onu, faktiki olaraq Ermənistanın Dağlıq Qarabağ savaşında uduzmasında ittiham edib.

O, Rusiyanın artıq Ermənistanı dəstəkləmədiyini bildirərək, Paşinyan hökumətinin Stepanakertdə (red. Xankəndi) rus hərbiçilərinin olması barədə yalan şayiələr yaydığını iddia etmişdir. Tiqran Köçəryan öz mənbələri vasitəsilə bu şayiələrin yalan olduğunu təsdiqləmişdir. Bloger həmçinin Dağlıq Qarabağın cənub cəbhəsində (red. Füzuli-Cəbrayl istiqaməti nəzərdə tutulur) ermənilərin tam iflasa uğraması, yararıları daşımaq üçün maşınların olmaması səbəbindən, bir çoxunun ölməsi, cəbhənin şimal tərəfində (red. Ağdərə istiqaməti nəzərdə tutulur) isə döyüşlərə cəlb olunmuş muzdluların Azərbaycanın artilleriya həmləsinə tab gətirməyərək qaçması barədə yazmışdır. Ən maraqlısı isə, Tiqran Köçəryan ER baş naziri Nikol Paşinyanın Gəncəni vurmaq əmrini verməkdə ittiham etməsidir. Tiqran Köçəryan anlayır ki, bunun nəticəsində Ermənistanın şəhərlərini işğal olunmuş Xankəndinin gündəlik bombalanması kimi aqibət gözləyə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti