Bakı. Trend:
Kreml Dağlıq Qarabağla bağlı razılaşmaları yüksək qiymətləndirir və onların icra olunmasının vacibliyinə əmindir.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, rəsmi Moskva vəziyyəti diqqətlə izləyir:
“Biz nazirlər arasında təmaslar nəticəsində əldə olunmuş humanitar fasilə barədə qərarın qəbul olunmasında göstərilən anlayışı yüksək qiymətləndiririk. Hesab edirik ki, əldə edilən razılaşmaların icra olunması gələcəkdə döyüş əməliyyatlarının tam dayandırılması və münaqişənin tənzimlənməsinin siyasi-diplomatik vasitələrinə keçidi üçün çox vacibdir”.