...

"QARABAĞ AĞRIM MƏNİM, QÜRURUM MƏNİM" FESTİVALININ QALİBLƏRİ MÜƏYYƏNLƏŞİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 Avqust 2005 17:06 (UTC +04:00)

"Qarabağ ağrım mənim, qürurum mənim" adlı mahnı festivalının yekun konserti sentyabrın 14-də keçiriləcək. Bu barədə Trend ə festivalın təşkilatçısı olan Azərbaycan Naminə Hərəkatın mətbuat xidmətindən məlumat verilib. Müsabiqədə əsasən qaçqın və məcburi köçkün olan yeniyetmələr iştirak ediblər.

Müsabiqənin məqsədi həm vətənpərvərliyin təbliğinə və Qarabağın unudulmamasına çalışmaq, həm də muğam və təsniflərin, xalq mahnılarının yeniyetmələr, gənclər arasında təbliğinə xidmət etməkdir.

Artıq iki turu arxada qalan musiqi müsabiqəsinin qalibləri müəyyən edilib. Münsiflər heyəti tərəfindən 18 nəfər qalib seçilib. Birinci yerə üç nəfər, ikinci yerə 6 nəfər, üçüncü yerə isə 9 nəfər layiq görülüb. Sentyabrın 14-də keçiriləcək yekun konsertdə qaliblər mükafatlandırılacaq, onlara diplomlar və müxtəlfif hədiyyələr təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti