...

Ağdamın işğalının ildönümü Şəhidlər Xiyabanında qeyd olunub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 İyul 2006 11:22 (UTC +04:00)

İyulun 23-də Ağdamın ermənilər tərəfindən işğalının 13-cü ili tamam oldu. Trend in məlumatına görə, bununla əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.

Ziyarətdə Qarabağ Azadlıq Təşkilatının (QAT) fəal üzvləri, Ağdam köçkünləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin xatirəsi yad edilib, onların ruhuna dualar oxunub. Şəhidlərin məzarı üstünə və Şəhidlər Xiyabanındakı abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulub. Ziyarətdə xeyli sayda ağdamlı məcburi köçkünlər, döyüşçülər iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti