...

Bahar Muradova: Bakı Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı ekspert qrupunun bölgəyə gəlməsində təkid edəcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Sentyabr 2006 19:29 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının (PA) payız sessiyasında rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı ekspert qrupunun bölgəyə gəlməsində təkid edəcək. Bu barədə, Trend in xəbər verdiyi kimi, Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova məlumat verib.

B. Muradovanın sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik yanğınlara müvafiq qiyməti verə bilməyib, belə ki, o, ekspert deyil. Ekspertlər öz qiymətlərini verməyincə isə dünya ictimaiyyətini yanğınların ermənilər tərəfindən törədildiyinə inandırmaq mümkün deyil.

Xəbər lenti

Xəbər lenti